Hadisə

Müdafiə Nazirliyi: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib (FOTO)

Müdafiə Nazirliyi: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib (FOTO)

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Demokrat.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

D
demokrat.az