Fransada yaşayan azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Demokrat.az xəbər verir ki, soydaşlarımız Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etirazlarını bildirirlər.
Fransada yaşayan ermənilər azərbaycanlılar aksiyanın baş tutmamasına çalışsalar da, ancaq onları təxribat cəhdinin qarşısı alınıb. Paris polisi Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin bayrağının dalğalandırılmasına imkan verməyib.
Aksiyaya qatılmaq üçün Fransanın müxtəlif şəhərlərindən çoxlu sayda soydaşımız paytaxta axışıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ruhunu birdəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan dövlət himnini ifa ediblər
Daha sonra Fransa ictimaiyyəti Ermənistanın təxribatçı əməlləri haqqında məlumatlandırılıb.


