Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan Milli Mətbuatının 145-ci ildönümü münasibətilə bir qrup media nümayəndəsini "Xatirə medalı" ilə təltif edib.
Medalla təltif olunanlar sırasında Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli də var. Konqres,media rəhbərlərini Avropada Azərbaycan təşkilatlarının və icmalarının həyat və fəaliyyətlərini davamlı olaraq dolğun və operativ şəkildə işıqlandırdıqlarını görə "Xatirə medalı" ilə mükafatlandırıb. Təltif olunan jurnalistlərin tam siyahısını təqdim edirik:
Mirşahin Ağayev ("Real TV"), Rauf Arifoğlu ("Yeni Müsavat"), Vüsalə Mahirqızı ("APA-Holding"), Aynur Camalqızı ("Gündəlik Teleqraf"), Vasif Həsənli ("Demokrat.az"), Toğrul Allahverdili ("İnterpress.az"), Aqil Ələsgər ("Yeniçağ").
Yüksək etimada və diqqətə görə, Demokrat.az xəbər portalı adındanAvropa Azərbaycanlıları Konqresinə və onun rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.


