Hadisə

Azərbaycanda vulkan püskürdü –YENİLƏNİB - VİDEO

Azərbaycanda vulkan püskürdü –YENİLƏNİB - VİDEO

Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Bu barədəOxu.Az-a “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoruCeyhun Paşayevməlumat verib.

O bildirib ki, ilk püskürmə saat 08:53, ikinci püskürmə isə saat 09:58 radələrində baş verib.

Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.

***

Səhər saatlarında Azərbaycanda vulkan püskürməsi qeydə alınıb.

Oxu.Azxəbər verir ki, püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində qeydə alınıb.

Xəbər yenilənəcək.

D
demokrat.az