Ana Vətən Partiyasının rəhbər struktutlarında təmsil olunan daha iki nəfər səfərbərlik məqsədilə qeydiyyata alınıb.
Demokrat.az xəbər verir ki, bunlar partiya sədrinin müavini Yalçın Hacızadə və Partiyanın Təşkilat Şöbəsinin müdiri Ülvi Bayramovdur. Onlar könüllü surətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ediblər.


