Hadisə

Şabranda qohumu azyaşlı qıza təcavüz etdi

Şabranda qohumu azyaşlı qıza təcavüz etdi

Şabran rayonunda yetkinlik yaşına çatmayan qıza əxlaqsızlıq hərəkətlər edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində baş verib.

Rayon sakini Rəfail Manafov qohumu olan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hadisəni törədən şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Rafail Manafovun barəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər - yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İstintaq gedir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az