Şou-biznes

Bəhram Bağırzadədən təsirli paylaşım — FOTO

Bəhram Bağırzadədən təsirli paylaşım — FOTO

Koronavirusdan müalicə alan və yenicə ECMO cihazından ayrılan Əməkdar artist Bəhram Bağırzadə “Instagram”da maraqlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, o, uşaqlıq şəklini paylaşaraq, ona təsirli şərh yazıb:

“İnşallah! 4 sentyabrda doğum günümdür. İndi biri də əlavə olundu – 2 iyul. Allahu-əkbər! Dua edən hər kəsə təşəkkürlər! Davamı olacaq...”

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

View this post on Instagram

In sha ALLAH ! U menya dva dnya rojdeniya 4 sentyabrya i seycas ewe dobavilos 2 iyulya ! ALLAHA AKBAR ! i spasibo vsem kto molilsya ! prodoljenie sleduyet ....

A post shared by Bahram Bagirzade (@bahram_bagirzade) on

Demokrat.az

D
demokrat.az