Siyasət

İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi

Azərbaycan prezidentiİlham ƏliyevVyetnam Kommunist Partiyasının baş katibiNquyen Fu Çonqa başsağlığı məktubu ünvanlayıb.

Demokrat.Az-ın məlumatına görə, İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimiÇan Day Kuanqın vəfatı xəbərindən olduqca kədərləndirdiyini bildirib.

“Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr verib.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə dövlət başçısının məktubunda qeyd olunur.

D
demokrat.az