Aparıcı Hacı Nuran, Xalq aristi Aygün Kazımova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçiblər.
Demokrat.az xəbər verir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə məlumat yayıb.
"Ölkənin təkcə igid oğulları deyil, qızları da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü kimi adını cəbhəyə getmək istəyənlərin siyahısına yazdırdı. Bu adlar arasında ölkənin tanınmış simaları, hətta şou-biznes nümayəndələri də var. Belə ki, estradamızın sevilən ulduzu, Xalq artisti Aygün Kazımova əyninə hərbi paltar geyinib, əlinə silah götürmək üçün bu gün mənimlə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Xalqımın igid oğul və qızları yaşasın. Biz birlikdə güclüyük".(mediapost.az)








