İdman

Cüdo üzrə DÇ: Hidayət Heydərov yarımfinalda

Cüdo üzrə DÇ: Hidayət Heydərov yarımfinalda

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.

Oxu.Azxəbər verir ki, bu gün üç idmançımız mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində yarışan qadın idmançımızİçinxorlu Munxtsedev1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalıAmeli Ştola ipponla uduzub.

73 kq-da dünya çempionluğuna namizədlərimizRüstəm OrucovlaHidayət Heydərovda mübarizəyə qoşulub. Dünya reytinqində II pillədə yer alan Rüstəm əvvəlcə misirli Məhəmməd Mohyeldini, sonraBƏƏ-ni təmsil edən moldovalıViktor Skvortsovu ipponla məğlub edib, lakin 1/8 finalda monqolustanlıSoqtbaatar Send-Oçirə qızıl xal hesabında məğlub olaraq mübarizəni dayandırıb.

Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlıSaccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalıSedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlıBəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisiOdbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb.

D
demokrat.az