Hadisə

Polkovnik-leytenant koronavirusdan vəfat etdi

Polkovnik-leytenant koronavirusdan vəfat etdi

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünnyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb.

DİN Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.

Demokrat.az

D
demokrat.az