Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Demokrat.az xəbər verir ki, AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi ilə baş tutan iclasda bir sıra yeni təyinatlar olub.
Qəbul edilmiş qərarla kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər.


