Azərbaycan hakerləri Ermənistanın ən populyar saytlarından birini dağıtdılar — VİDEO

SİYASƏT 15 iyl 2020, 15:53

Azərbaycan hakerləri Ermənistanda ən çox izlənilən media resurslarından olan “Ermənistanın səsi” www.golosarmenii.am saytını dağıdıblar.


Demokrat.az xəbər verir ki, həmin saytda Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi” və “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” bəyanatları yerləşdirilib.


Xatırladaq ki, ötən gündən başlayaraq azərbaycanlı hakerlər Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/ və Ermənistan hökumətinin saytı olan gov.am resursu başda olmaqla 60-dan çox erməni saytını dağıdıb Azərbaycan Prezidentinin yuxarıda qeyd olunan bəyanatlarını yerləşdiriblər.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top