Daha bir həkim koronavirusdan vəfat etdi

SOSİAL 13 iyl 2020, 17:33

Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib. 


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı həkimin kolleqaları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən uşaq nevroloqu Kəmalə Dəhqani virus səbəbindən vəfat edib:


“Biliyini bölüşməyi bacaran, gözəl insan, çöhrəsindən təbəssüm əskik olmayan zəhmətkeş ana, qayğıkeş nənə Kəmalə xanımı itirdik. Allah rəhmət etsin, ailəsinə səbr versin!”(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top