Hadisə

FHN Gəncədəki partlayışla bağlı məlumat yaydı

FHN Gəncədəki partlayışla bağlı məlumat yaydı

Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az