AMEA-nın sektor müdiri rəssamı təhqir etdi — FOTOFAKT

SOSİAL 12 iyl 2020, 20:55

Rəssam Vüsal Rəhim sosial şəbəkədə AMEA-nın Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflərin direl ilə sökülməsini əks etdirən video paylaşaraq, buna etirazını bildirib.


Demokrat.az-ın məlumatına görə, AMEA-nın dəftərxana sektorunun müdiri Zeynəb Həcəmova isə rəssamı bu videoya görə təhqir edib. Z.Həcəmova sosial şəbəkədə bunları yazıb:


“Maşallah, satqınlıqda, yerli-yersiz çəkiliş edib haradasa yerləşdirməklə tayımız bərabərimiz yoxdur!”


Xatırladaq ki, AMEA-nın Rəyasət Heyətinin binasının üzərində kiril əlifbasında “Azərbaycan SSR Elmlər Akademiyası” sözləri yazılmışdı. (Konkret.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top