Rusiyada yaşayan azərbaycanlılar qohumlarına pul göndərə bilməyəcək — Yeni qadağa

GÜNDƏM 15 iyul 2025, 21:07
“Yeni İnsanlar” fraksiyasının nümayəndələri Rusiya Mərkəzi Bankının rəhbərinə müraciət edərək, miqrantların rəsmi gəlirlərindən artıq məbləğdə pul vəsaitini xaricə – xüsusilə də vətənlərinə göndərmələrinin qarşısını almağı təklif ediblər. Təklifə əsasən, əgər miqrant öz rəsmi maaşından çox pul köçürmək istəsə, o zaman həmin məbləğin leqal mənbələrdən əldə edildiyini təsdiqləyən gəlir deklarasiyası təqdim etməli olacaq.

Bu təşəbbüs xüsusilə Azərbaycan və Orta Asiyadan olan miqrantlar arasında narahatlıq yaradıb. Ekspertlər bildirirlər ki, belə bir məhdudiyyət həm humanitar, həm də iqtisadi nəticələr doğura bilər. Qeyd edək ki, hazırda Rusiyada yüz minlərlə azərbaycanlı əmək fəaliyyəti ilə məşğuldur və onların bir çoxu ailələrini dolandırmaq üçün mütəmadi olaraq Azərbaycana pul köçürür. Yeni qayda qəbul olunarsa, bu köçürmələrin miqdarında kəskin azalma müşahidə oluna bilər. (musavat)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top