Bu tarixdə manatın məzənnəsi dəyişə bilər — AÇIQLAMA

GÜNDƏM 15 iyul 2025, 21:03
“Mən həmişə 2025–2026-cı illərdə devalvasiya təhlükəsinin olduğunu demişəm. Amma qeyd etmişəm ki, bu məsələ inzibati qərarla tənzimlənəcək, yəni bu, iqtisadi kateqoriyaya aid məsələ deyil. Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir, bazardan kənar məzənnə inzibati qaydada formalaşır”.

Bunu Demokrat.az-a açıqlamasında “REAL” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, son zamanlar Azərbaycanın tədiyyə balansına baxanda, valyuta gəlirlərimizə baxanda müəyyən problemlərin yaşandığı görünür:

“Çünki tədiyyə balansımızda müsbət saldo əvvəlki illərə nisbətən xeyli azalıb. İxracatımızda da azalmalar var, çünki neftin hasilatı düşür. Qiymətin də oynadığını görürük, ciddi bir dalğalanma var neft qiymətlərində. Düzdür, hələlik büdcədə nəzərdə tutulan 70 dollar civarındadır.

Əgər ilin sonuna qədər neftin qiymətində kəskin enişlər müşahidə olunsa, ilin sonu və ya gələn ilin əvvəlində hökumətin manatın məzənnəsi ilə bağlı qərar vermə ehtimalı kifayət qədər yüksəkdir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top