“Ağını çıxardıblar, onlara baş qoşa bilmərəm” — Afaq Gəncəli

ŞOU-BİZNES 15 iyul 2025, 15:39
"Artıq proqramımız mövsüm finalına getdi. Yeni mövsüm üçün "Afaqla 10lar" maraqlı formada tamaşaçı qarşısına çıxacaq".

Demokrat.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. Uzun müddət sonra bu mövsüm efirə qayıdan aparıcı layihəsindən danışıb:

"Kanal rəhbərliyindən yeni veriliş üçün təklif də almışam. Amma hələ necə olacağı haqda dəqiq fikir yoxdur". 

Afaq artıq maqazin proqramı etmək niyyətində olmadığını deyib:

"Maqazin verilişi etmək istəmirəm. Bu proqramım da maqazin olmadı, sadəcə, xəbər təqdim etdim.

Mənim üçün maqazin "Onlar" idi. Əgər etmək istəsəm, sırf o formatda bir şey etməliyəm. Bu isə alınmır. Çünki maqazin artıq yoxdur. Bizə həmin mövzunu verən sənətçilər artıq bunu etmir. Necə deyərlər, məhsul olmadığı üçün mən də iş görə bilmirəm. Vaxtilə maqazin verilişlərinə mövzü verən sənət adamları etdiklərini edib, çəkildilər kənara. İndi kimdi mənə əvvəlki mövzuları verən?

Onlardan sonra gələnlər isə... Maqazin xəbərini onlarla düz-qoş etmək olar? Müəyyən təbəqə var ki, onlar qalmaqal edir. Bu da o qədər işlənib ki... Onlar isə ağını çıxardıblar. Eyni mövzunu çürüdürlər. Mən belə şeyə baş qoşa bilmərəm".

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top