Cəfər Cəfərovun 40 yaşına yubiley töhfəsi)
Belə bir müdrük kəlam var ki, deyirlər 40 yaş gəncliyin qocalığıdır, 50 yaş qocalığı cavanlığı... Jurnalist, ssenarist, ictimai fəal Cəfər Cəfərovun 40 yaşı tamam olur. Bu, yaradıcı insan ömrünün yeni mərhələsinin başlanğıcı üçün ən mükəmməl bir yaşdır! Cəfərin ömür yolunun və yaradıcılığının ən gözəl illəri hələ qarşıdadır. Tanışlığımızın ilk günündən özünü mənə necə tanıdıbsa, indiyə kimi mən də Cəfəri elə o cür tanıyıram... Söz yox ki, mən onun media nümayəndəsi kimi fəaliyyətindən çox-çox əvvəl rəhmətlik atası Məzahiri hələ ötən əsrin 90-cı illərindən tanıyırdım. O zaman Məzahir rayonumuzda yaxşı tanınan “Bulaq” restoranın sahibi idi. Həmin vədələr mənim aləmimdə iki məşhur və sevimli “Bulaq” vardı, birinin dadlı-duzlu el-oba söhbətləri radioda dinləyicilərini, o birinin də ləziz təamları müşətərilərini məftun eləyirdi...
Yaradıcı adamlar cürbəcür keyfiyyətlərə, özünəməxsus xarakterə malik olurlar. Həyatda elə adamlara rast gəlirsən ki, onlarla ayaqüstü həmsöhbət olarkən belə darıxırsan. Elə adamlar da var ki, bəzi məsələlərdə fikir və düşüncələrin, hətta zövqlərin üst-üstə düşməsə də onlarla söhbətdən, ünsiyyətdən yorulmursan, usanmırsan, əksinə hər dəfə görüşəndə xoş ovqata köklənirsən.
...2014-cü ildə Bakıda - Beynəlxalq Mətbuat Mərkəzində məni bir qələm adamı kimi hörmət-izzətlə Asiya İnformasiya Agentliyinin təqdimat mərasiminə dəvət edən gün ilk dəfə Cəfərin cəmiyyətdə özünü təsdiq etmək bacarığının şahidi oldum. Millət vəkillərinin, tanınmış alimlərin, QHT və media nümayəndələrin qatıldığı həmin mərasiminin yüksək səviyyədə təşkili onun daxili aləminin potensial imkanlarından soraq verirdi. Amma həyatda hər şey olur. Heç kim bu keşməkeşli həyat yollarında uğursuzluqdan və xətadan sığortalanmayıb. Cəfərinsə təkcə bir “xəta”sı və ya uğursuzluğu onun gələcək uğurlarına inamla addımlamaq bacarığını üzə çıxartdı. Çünki xaraktercə mərhum atasına bənzəyən Cəfər ruhdan düşən, taleyinə boyun əyən adam deyil...
İkinci dəfə 2019-cu ilin may ayında mən onun gərgin zəhməti sayəsində təşkil olunmuş və ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, yazıçı və şairlərinin qatıldığı “MƏHKUMA KİTAB PAYI" adlı maraqlı aksiyasında iştirak etdim. Cəzaçəkmə müəssisələrində kitabxanaların çox “kasıb” olduğunu müşahidə edən Cəfər məhkumların maariflənməsi və vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə belə bir aksiya keçirmək qərarına gəlmişdi. O gün xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Adil Əliev, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev, tanınmış yazıçılardan Varis, Yunus Oğuz, Kəramət Böyükçöl və başqaları ilə birlikdə 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlara 500-dən artıq müxtəlif növ kitab və jurnallar hədiyyə edib, onların qarşısında çıxış etdik.
Cəfər özü də SÖZ savaşında məğlub olmağı sevmir. Tərcümeyi-halından bəlli olur ki, o, hələ məktəbli ikən hazırcavablığı ilə özündən yaşlıların rəğbətini qazanmışdı. Belə görünür ki, onun bu keyfiyyəti vaxtı ilə təhsil aldığı məktəbin “Şən və Hazırcavablar Klubu”ndakı fəaliyyətindən qaynaqlanır. Şagird olanda məktəbdə keçirilən tədbirlərə, bayram şənliklərinə və “Son zəng”lərə ssenarilər yazıb, aparıcılıq etməsi onun indiki yaradıcılığına yaxşı mənada bələdçi olub.
Mən onu çox inadkar jurnalist kimi tanıyıram. Bir dəfə AzTV-də çalışan qələm dostlarımdan biri mənə zəng edib dedi ki, sən Cəfəri tanıyırsan o, səni eşidər. Ona de ki, filankəsi tənqid eləməsin, sonra başı ağrıyar. Dedim ki, düzdür, onu yaxşı tanıyıram, inanmıram ki, fikrindən daşınsın, amma sənin xatirinə yenə zəng edib deyərəm. Cəfər həqiqətən də məni eşitmədi. Düşündüm ki, haqlıdır, mən də redaktoru olduğum “Masallı” qəzetində kimisə tənqid edəndə “filankəsdən yazma” deyən adamlarla razılaşmırdım. Ona görə də Cəfərdən incimədim. Demədim ki, “mənə qulaq asmadı, öz bildiyini elədi, sözümü yerə saldı və s. ”Əsl jurnalistlər öz peşəsinə hörmətlə yanaşır və yaradıcılıq prinsiplərinə sadiq qalırlar.
44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşən Masallı şəhidlərinə həsr etdiyi "Tabuta sığmayanlar" və “Şuşa ətrin duyulur” pyeslərinin Masallı Xalq Teatrının səhnəsində nümayişi Cəfəri gənc dramaturq, eləcə də ideya müəllifi olduğu “Ərkivan qəsəbəsi”, “İsi kəndi”, “Öncəqala kəndi”, “Viləş kəndi” qısametrajlı və "Ərkivan", “Ərkivan şəhidləri”, “Yeyənkənd”, “İsti su”, “Zəfər yolu”, “Nurlu yol”, “Sarəng” və başqa tammetrajlı sənədli filmləri onu həm də bacarıqlı ssenarist kimi tanıtdı...
Onu da qeyd edim ki, Vətən Müharibəsi günlərində və müharibədən sonra yaralı qazilərimizə, şəhid ailələrinə, döyüşən əsgər və zabitlərimizə qayğı göstərdiyinə görə Cəfər Cəfərov Milli Məclisin Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva (Allah ruhunu şad eləsin) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova tərəfindən TƏŞƏKKÜRNAMƏ və üzərində “Qarabağ Azərbaycandır” və “Şuşa” yazıları həkk edilən qol saatları ilə mükafatlandırılıb.
Cəfər Cəfərovun 2020-ci ildə təsis etdiyi “Masal prodakşn” Yaradıcılıq Birliyinin istehsalı olan sənədli filmlərin bir neçəsinin paytaxt Bakıda - Nizami Kino Mərkəzində və Masallı şəhərində geniş təqdimat mərasimləri keçirilib. Həmin filmlər barədə tanınmış ziyalılar, zövqlü tamaşaçılar maraqlı fikirlər söyləyiblər.
...Vətənpərvərlik hissi insanı bütün varlığı ilə doğulub-boya başa çatdığı el-obasına, yurduna bağlayır, təəssübkeşlik duyğuları onun mənalı həyat tərzini, məqsədyönlü fəaliyyətini təmin edir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Azərbaycanda ilk dəfə yaratdığı xeyriyyə cəmiyyəti və özünün xeyriyyəçilik fəaliyyəti də məhz vətənpərvərlik hissi ilə bağlı idi. Son illər mən Bakıda Qazax və Tovuz Xeyriyyə Cəmiyyətlərinin tədbirlərində iştirak etmişəm. Bu gün Cəfərin sədri olduğu Ərkivan Xeyriyyə Cəmiyyəti bu və ya digər rayonlarda fəaliyyət göstərən Xeyriyyə Cəmiyyətlərindən geridə qalmır. Qəsəbədə yüzlərlə aztəminatlı ailəyə müxtəlif növ ərzaq yardımı, tibbi ləvazimat, paltar və s. paylanılmasını təşkili, 24 şəhidin mərmər lövhədən olan barelyeflərini hazırlanıb, onların evlərinə, adlarını daşıyan küçələrə vurulması, eləcə də idman, təhsil, sosial yönümlü onlarla aksiya keçirilməsi Xeyriyyə Cəmiyyəti tərəfindən reallaşdırılıb. Onun feyzbuk sosial şəbəkəsində yaratdığı “Ərkivan” səhifəsindən qəsəbənin tanınmış alimləri, din xadimləri, xeyriyyəçiləri, idmançıları, və sair ictimai xadimləri haqqında ətraflı məlumat almaq olar.
Lakin Cəfər öz imkanlarını təkcə doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsinin təbliğatı ilə məhdudlaşdırmır. Son beş - altı ildə Masallı naminə bir çox uğurlu layihələrə imza atıb. Bu işdə ona ideya və ssenari müəllifi olduğu filimlərin quruluşçu rejissoru Elsevər Əlövsətoğlu, montaj rejissoru Faiq Mirzə, musiqi tərtibatçısı Ruslan Zahidov, diktoru Gültəkin xanım və başqa yaradıcı insanlar peşəkarcasına yardımçı olublar...
Cəfərin qələm adamı kimi üstün cəhətlərindən biri də onun öz uğurlu işlərini BAYRAMA çevirmək bacarığıdır. Mən onun bu bacarığının ideya və ssenari müəllifi olduğu fimlərin təqdimat mərasimlərində şahidi olmuşam. Onu da qeyd edim ki, Cəfərin Baş direktoru olduğu Masal prodakşnla birgə işlərimiz də olub. Belə ki, uzun illər araşdırmaçısı olduğum Masallının mənəvi zirvəsi sayılan şəxsiyyətlərdən biri
- şair, alim, həkim, müəllim və bəstəkar Mirkazım bəy Aslanlının 110 illiyinə həsr olunmuş "Sarəng" filminin məsləhətçisi olmuş, Masallı şəhidlərinə həsr etdiyim “Şəhidlik manifesti” kitabının müəllifi kimi "Zəfər yolu" sənədli filmində ekspert olaraq çıxış etmişəm. Böyük mütəfəkkir, maarifçi, pedaqoq, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ərəfəsində mətbuat səhifələrində mənim essem dərc olundu, sonra “Masal prodakşn” tərəfindən "Nurlu yol" sənədli ekran əsəri ərsəyə gətirildi. 2023-cü ilin mayında “Ölməzlik haqqı” kitabımın motivləri əsasında Günay Məmmədovanın ideya müəllifi olduğu “Ləyaqət işığında” sənədli filminin ssenarisi Cəfər Cəfərov tərəfindən yazıldı, quruluş və təsvir rejissoru Elsevər Əlovsətoğlu, montaj rejissoru isə Faiq Mirzə oldu. Asiya.az Xəbər portalının 10 illik yubileyində rəsmi hissədən sonra Əməkdar jurnalist Zakir Abbas, tarzən Məhbub Şüküroğlunun iştirakı ilə təşkil edilən "poeziya buketi, nəğmə çələngi"ndə Masallı şairlərinin şeirlərindən söylədiyim nümunələr “Youtube” kanalında paylaşıldı...
Fəaliyyətinin çoxşaxəli olmasına baxayaraq Cəfər üç qız atası kimi də vəzifəsinin öhtəsindən layiqincə gəlir. Onların düzgün tərbiyəsinə, ruhi və mənəvi ehtiyaclarına zaman ayırır, görməli yerlərə, muzeylərə aparır. Bir sözlə, başqa qız ataları kimi, “qız yükü, duz yükü demir” və ibadət əhli olan Cəfərin Həzrət Peyğəmbərin "Qız övladları - bərəkət mənbəyidirlər" kəlamından agah olduğuna da şübhə etmirəm.
Son olaraq uğurlu layihələrin müəllifinə 40 yaşında daha güclü, daha müdrik olmağı arzu edirəm. Əminəm ki, özünün yaradıcı komandası ilə birlikdə qarşıda daha böyük uğurlar qazanacaq. Biz də həmin uğurlu işlərin BAYRAMA çevriləcəyi günlərin yenə şahidi olacağıq...
...El arasında belə inanc var ki, ömrünün 40 yaşını qeyd etmək “uğursuzluq” gətirər. Bir yandan da Cəfərin 40 yaşı məhərrəmlik ayına təsadüf edir. Elə isə inşallah, 50-60 illik yubleylərində SÖZ demək ümüdi ilə
Nurəddin ƏDİLOĞLU,
P.S: Nasirlər də şeir yazar
Qəlbdən gələr HƏR kəlməsi.
Məclisini SÖZlə bəzər
Ariflərin ZƏR kəlməsi...
***
Mən adında fağır yazar,
Qoca yazar ağır yazar,
Gənc bir yazar çağır, yazar-
Olar təzə - TƏR kəlməsi...
***
Gedib çoxum, qalıb azım,
40 yaşına mən nə yazım?
Kökdən düşüb telli sazım
Qalıbdı BEFƏR kəlməsi...
***
Könlün arzuyla doludur
Sənin yolun Haqq yoludur,
Bədxahlar Şeytan quludur
Üzər səni ŞƏR kəlməsi...
***
Vallah gözüm düşüb nurdan
Düzdüm-qoşdum ordan-burdan
Qalsın qoca AzərNURDAN
Cəfərə HÜNƏR kəlməsi...)))