Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil

DÜNYA 15 iyul 2025, 22:48
ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, "Biz bunu etməyəcəyik", - deyib.

Bundan əvvəl Böyük Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, Tramp iyulun 4-də Volodimir Zelenski ilə söhbətində Ukraynaya əlavə uzaqmənzilli
ATACMS raketlərinin ötürülməsi imkanını müzakirə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top