Siyasət

İlham Əliyev Monqolustan prezidentinə məktub göndərdi

İlham Əliyev Monqolustan prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

D
demokrat.az