İTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu

SOSİAL 09 iyl 2020, 16:56

Dünyada yaşanan COVID-19 pandemiyası təhlükəsi ölkəmizdə də davam etməkdədir. Bugünədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları arasında yoluxma şübhəsi olan 7 nəfərin test nəticəsi pozitiv çıxıb.

 
Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı bildirib. Onun sözlərinə görə, iyun ayında COVID-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq  evə buraxılıb: “Hazırda digər əməkdaşlardan üçü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə almaqdadır. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində pandemiya elan edilən gündən gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir” - deyə, A.Asimqızı qeyd edib.(apa.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top