"Rayonda yaşayan qızlara şəhər həyatı hər zaman cəlbedici görünür"

SOSİAL 09 iyl 2020, 16:14

Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” analitik hesabatına görə rayonlardan şəhərə üz tutanların 14 faizi məhz evlilik üçün gəlir. Burda üstünlük isə daha çox qadınların payına düşür.


Unikal.org-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bunun əsas səbəbini filmlərdəki qaynar şəhər mühitinin kənd insanlarını cəlb etməsini göstərib:


“Bu əslində individual məsələdir. Bu gün Bakıda ali təhsil alıb, burada işləyib, lakin ailə qurub rayona gəlin köçən qızlarımız da var. Məsələn, həyat yoldaşı hərbçi olan çox sayda qızlarımızı nümunə göstərə bilərik. Amma kənddən şəhərə gəlmək məsələsinə gəlincə, şəhər həyatı hər zaman cəlbedici görünür. Xüsusilə də keçid və gənclik yaş dövründə həmin çılğın və qaynar həyat onlarda bir fikir formalaşdırır ki, şəhər həyatı daha rahatdır. Elələri əksər halda sonda etiraf edirlər ki, şəhər həyatının öz çətinlikləri var. Meqapolisdə həyat daha sürətli gedir. İstər ailədə, istər işdə, istərsə də cəmiyyətdə, ayaqlaşmasan geri qalırsan. Kənd həyatının çətinlikləri də var, erkən oyanmaq, əkinçilik-maldarlıqla məşğul olmaq. Televizorda, sosial mediada şəhər həyatının bəzi fraqmentlərini görüb, elə bililər ki, şəhər mühitində yaşamaq elə budur”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top