Maraqlı

Kassirin səhvi pensiyaçını milyonçu etdi

Kassirin səhvi pensiyaçını milyonçu etdi

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

Demokrat.az CTV News telekanalına istinadla xəbər verir ki, 82 yaşlı Kombermer sakini "Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona "Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.

"Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.

Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

D
demokrat.az