Sosial

Azərbaycanda daha bir xəstəxanada 24 tibb işçisi koronavirusa yoluxdu — VİDEO

Azərbaycanda daha bir xəstəxanada 24 tibb işçisi koronavirusa yoluxdu — VİDEO

“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, klinikada bu günə qədər 24 tibb işçisi koronavirusa yoluxub:

“Buraya həkimlər, rezidentlər, tibb işçiləri daxildir. Onlardan artıq sağalıb evə gedənlər də, iş başına qayıdanlar da var”.

“Hazırda klinikada müalicəsi davam etdirilənlər var, vəziyyətləri normaldır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub.

Demokrat.az

D
demokrat.az