Bərbərxana və gözəllik salonları ilə bağlı MÜHÜM QƏRAR

SOSİAL 05 iyl 2020, 08:32

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək.

 

Demokrat.az onları təqdim edir:

 

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

 

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

 

- muzey və sərgi zallarının fəaliyyəti;

 

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

 

-  təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

 

- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top