Beş min il yaşı olan Azərbaycan kəndi — VİDEOREPORTAJ

SOSİAL 04 iyl 2020, 23:13

Yaşı 5 min ildən artıq olan bu kənd Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Söhbət Qobustanın Sündü kəndindən gedir. 


Baku TV xəbər verir ki, kəndin ərazisində aparılan ilkin arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələrinə əsasən, burada ilkin yaşayış tunc dövrünə təsadüf edir. 


Kəndin bir çox tarixi abidələri hazırda qorunub saxlanılır. Onlardan biri də 920-ci ildə inşa olunan tarixi Əbubəkir məscididir. Tarixi məscid bu gündə insanlara xidmət edir. 


Kənddə nə az, nə çox 32 qəbristanlıq var. Hazırda Sündü kəndində yaşayan üç minə yaxın kənd sakini öz dədə-babalarının qəbirlərini rahat şəkildə ziyarət edə bilirlər. Çünkü atadan oğula, oğuldan övlada keçən bu məlumat və xatırlatma bu gün də davam etdirilir. Burada yaşayan yerli sakinlər adət-ənənəni qoruyub saxlayırlar.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top