Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edildi

DÜNYA 04 iyl 2020, 19:07

Gürcüstan hökuməti pandemiya dövründə ölkəyə gələcək əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edib. Yeni qaydalara əsasən Gürcüstana səfər edəcək xarici iş adamları karantinə cəlb olunacaq və ya koronavirusla bağlı testdən keçəcəklər. Amma karantin və testlər ödənişli olacaq.


Bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava “İmedi” televiziya kanalına müsahibəsində söyləyib.


N.Turnava bildirib ki, bu xidmətlərə görə məbləğ çox böyük olmayacaq. “Bu qaydalar vətəndaşların sağlamlığını qorumaq və investorlarla kommunikasiyanın pozulmaması məqsədilə tətbiq ediləcək”, – deyə N.Turnava vurğulayıb.(azpost.info)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top