Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi

İDMAN 04 iyl 2020, 12:27

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor əzəli rəqibi Həbib Nurməhəmmədova başsağlığı verib.


“Atanın, məşqçinin və idmanın sadiq tərəfdarının itkisi. Başsağlığı verirəm. Nur içində yat, Abdulmanap Nurməhəmmədov”, - deyə idmançı “Twitter” hesabında yazıb.


Qeyd edək ki, məşhur döyüşçü Həbib Nurməhəmmədovun uzun müddətdir COVID-19-dan müalicə alan atası və məşqçisi Abdulmanap Nurməhəmmədov ötən gün Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top