“Qarabağ” sübut etdi ki... — “Kayrat”ın baş məşqçisi

İDMAN 18 sentyabr 2025, 11:11
“Qarabağ”ın “Benfika”ya qalib gəlməsi sübut etdi ki, adlar oynamır, meydana canlı insanlar çıxır. Biz də “Sportinq”lə oyunda bütün gücümüzü ortaya qoyacağıq”.

Demokrat.az xəbər verir ki, bunu Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda “Sportinq”lə keçirəcəyi oyundan əvvəl deyib. 

Çalışdırıcı bildirib ki, rəqibləri son Portuqaliya çempionu “Sportinq”lə oyun üçün motivasiyaları var: “Sportinq”lə oyun bizim üçün həyəcanvericidir. İlk dəfədir Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Bu mərhələdə bütün komandalar yüksək səviyyədədir. Bu, həm özümüzü göstərmək, həm də tanınmış rəqib qarşısında gücümüzü sınamaq imkanıdır. “Sportinq”lə oyun bizim nə dərəcədə hazır olduğumuzu göstərəcək. Matçı böyük səbirsizliklə gözləyirik”.

Urazbaxtin Avropada “Kayrat”a inam olmadığını bildirib: “Hər yerdə yazırlar ki, Çempionlar Liqasında biz xal verən donor komanda olacağıq. Təbii ki, bu, bizi incidir. Bunun əksini sübut etmək və belə səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Onsuz da Çempionlar Liqasına düşmək bizim üçün böyük hadisədir. Təzyiq hiss etmirik, meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirəcəyik”. 

Qeyd edək ki, “Sportinq” - “Kayrat” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 11:30
18 sentyabr 2025, 11:29
Top