Bakıda karantin keçid postları ləğv olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq bir neçə saatdır ki, bütün postlar yığışdırılıb.
Məsələ ilə bağlı Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq. Nazirlər Kabinetinin rəsmisi bu barədə Operativ Qərargahın hər hansı qərarının olmadığını bildirib. Postların hansı səbəbdən ləğv olunduğu hələlik bilinmir.
X XX
Bakıda sərtləşdirilmiş karantin rejimi üçün nəzərdə tutulan polis postlarının bir qismi götürülüb.
“Report”un xəbərinə görə, bu gündən paytaxt ərazisində bir neçə postun yığışdırıldığı nəzərə çarpır.
Qeyd edək ki,qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.


