"Koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq" — RƏSMİ

SOSİAL 30 iyun 2020, 18:39

“Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutulur”.

 

Demokrat.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

 

 N. Zeynalov deyib ki, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”. ( APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top