Hadisə

Azərbaycanda üç uşaq anası intihar etdi

Azərbaycanda üç uşaq anası intihar etdi

Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Üç uşaq anası olan F.Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az