Gündəm

Fazil Mustafa - Bəxtiyar Hacıyev davası pik həddə — VİDEO

Fazil Mustafa - Bəxtiyar Hacıyev davası pik həddə — VİDEO

Deputat ona qarşı hücumların arxasında Əli Kərimlinin dayandığını deyir; Bəxtiyar Hacıyev isə fərqli arqumentlərlə danışır

Deputat Fazil Mustafa ilə ictimai fəal Bəxtiyar Hacıyev arasında yarım aydan çoxdur ki, davam edən qarşıdurma pik həddə çatıb. İyunun 7-də Yasamalda vətəndaşlarla polislər arasında yaşanan insidentdən sonra tərəflər arasında yaranan qalmaqal əndazəni aşıb. Hər iki tərəf bir-birinin ünvanına ən ağır söyüşlər işlədir.

İş o yerə çatıb ki, F.Mustafa B.Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Bunun əsasında ictimai fəal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq dindirilib.

Maraqlı TV olaraq tam obyektiv mövqe nümayiş etdirib, sadəcə tərəflərin bir birləri haqda ifadə etdikləri fikirləri sizə çatdırırıq.

Demokrat.az

D
demokrat.az