Hadisə

Göygöldə avtomobil qəzası — ölən və yaralananlar var

Göygöldə avtomobil qəzası — ölən və yaralananlar var

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çarpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az