Sosial

ATV-də "yarpaq tökümü" — Daha bir jurnalist kanalı tərk etdi (FOTO)

ATV-də yarpaq tökümü — Daha bir jurnalist kanalı tərk etdi (FOTO)

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) "Xəbərlər" Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib. Müxbir Səbuhi Turan 8 il çalışdığı "ATV Xəbər"dən ayrıldığını açıqlayıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə jurnalistin özü məlumat verib.

S.Turan, bundan sonra fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:

"Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!"

Zaur Demokrat.az

D
demokrat.az