Milli Məclisin keçmiş deputatı Mirzəcan Xəlilov koronavirusa yoluxub.
Bu barədə danışan eks-deputat xəbəri təsdiqləyib: "3 gündür ki, Azərbaycan Tibb Universitetinin xəstəxanasında yatıram. İnşallah tezliklə sağalaram".
Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.(modern.az)


