Gündəm

Ziyalılardan şəhər merinə müraciət: “Bakının küçələrində Azərbaycan dilinə divan tutulur”

Ziyalılardan şəhər merinə müraciət: “Bakının küçələrində Azərbaycan dilinə divan tutulur”

Millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, yazıçılar, müəllimlər və başqaları Bakının əcnəbi dillərin "işğalından" azad edilməsini istəyir.

Dominant.az xəbər verir ki, bu məqsədlə 777 nəfər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Eldar müəllim!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Bu Qanunun tələblərinə əməl edilməməsi cəmiyyətdə məyusluq doğurub.

Bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Çoz təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.

Bəli, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir. Milli müstəqilliyimizin olmadığı sovet dövründə belə şəhərimizdə indikindən fərqli olaraq rusca yazılarla yanaşı, Azərbaycan dilində yazılanlara geniş yer verilirdi.

Hörmətli Eldar müəllim!

Sizin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunuz zaman Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üzləşdiyinizi bilirik. Amma qeyd etdiyimiz bütün bu qanun pozuntularını aradan qaldırmaq da Sizin səlahiyyətinizdə və öhdənizdədir. Çünki Siz Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyətinin rəhbərisiniz.

Hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

Göründüyü kimi, bu Fərmana məhəl qoyulmur. Əcnəbi dillərin təbliğatçılarına çevrilmiş obyektlərin sahibləri təkcə Prezident fərmanına deyil, dövlətin rəsmi Azərbaycançılıq ideologiyasına da etina etmirlər. Sizə bu müraciətimizlə əminliyimizi bildirmək istərdik ki, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi və tutduğunuz vəzifə icabı olaraq qaldırdığımız məsələyə ciddi yanaşacaq, Azərbaycan dövlətinin rəmzlərindən olan dövlət dili haqqında qanuna əməl edilməsi istiqamətində təxirsiz tədbirlər görəcəksiniz".

Hörmətlə,

1. Könül Bünyadzadə, AMEA, müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti 2. Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor 3. Etibar Əliyev, Milli Məclisin deputatı 4. Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor 5. Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor 6. Xəlil Yusifli, Əməkdar elm xadimi, professor 7. Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor 8. İdris Abbasov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmlər doktoru 9. Qulu Məhərrəmli, filologiya elmləri doktoru, BDU, professoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti 10. Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor 11. Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor 12. Xaləddin İbrahimli, professor 13. Bəhmən Sultanlı, professor 14. Nəsir Əhmədli, professor 15. Rafiq Yusifoğlu, professor, şair, ədəbiyyatşünas 16. Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor 17. Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universitetinin professoru, rəssam 18. Güllü Yoloğlu. AMEA Arxeoloviya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, professor, Dünya Türkologiya Mərkəzinin sədri 19. Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor 20. Qalib Sayılov, professor 21. Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor 22. Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor 23. Tamella Əliyeva, Turkiyə, Muş Alparslan Üniversiteti, Jurnalistika Fakültəsinin dekanı, professor 24. Rüstəm Kamal, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü 25. Vəsilə Hacıyeva, siyasi elmlər üzrə elmlər doktoru, Xəzər Universiteti, professor 26. Qara Məşədiyev, AMEA Nəsimi adına Dilçilik İnstitutu, professor 27. Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor 28. Nizami Məmmədov ( Tağısoy), Bakı Slavyan Universiteti, professor, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi. 29. Elmira Nağıyeva, kimya elmləri doktoru, professor 30. Nazim Nağıyev, kimya elmlər doktoru , professor 29. Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, dosent 30. İradə Musayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent 31. Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent 32.Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent 33. Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent 34. Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent 35. Şəhla Əhmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent 36. Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent 37. Dilavər Əzimli, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent 38.Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent 39. Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru, dosent 40. Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent 41.Əjdər Yunusov, tarix elmləri namizədi, dosent 42.Seyfəddin Altaylı, dosent 43.Qurban Bayramov, AYİB üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent 44. Adil Həsənoğlu, fəlsəfə doktoru, dosent 45. Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent 46. Məti Osmanoğlu, AYB üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent 47. Kəmalə Umudova, filologiya elmləri namizədi, dosent 48. Aydın Qənbərov, filologiya üzrə fəlsəfə doktoru, dosent 49. Gülarə Məlikova, filologiya üzrə fəlsəfə doktoru, dosent 50.Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent 51. Kəmalə Qəhrəman, BDU-nun dosenti 52. Nurida Novruzova, Bakı Slavyan Universiteti Türkologiya kafedrasının dosenti 53. Rövşən Məmmədov, Türkiyə Respublikası Bülent Ecevit Universitetinin dosenti, 54. Mahmudova Şəlalə, filologiya üzrə fəlsəfə doktoru, ADPU, dosent 55.Saida Qafarova, filoloq, dosent 56. Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti 57. Ziyad Əmrahov, AMEA Elm Tarixi İnstitutu, Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent 58. Leyli Əliyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, dosent. 59. Şəfahət Abdullayeva, DİA, Fəlsəfə və sosial psixologiya kafedrasının dosenti 60. Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent 61. İzzət Əfəndiyev, pedaqoji elmlər namizədi, dosent 62. Fəxrəddin Yusifov, dosent 63. Şəfəq Azər, dosent 64. Anar Namazov, dosent 65. Fəxrəddin Əliyev, dilçi, dosent. 66. Nardanə Yusifova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Təsviri materiallar” fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent 67. Bela Musayeva, kimya üzrə fəlsəfə doktoru, dosent 68. Minaxanim Musayeva kimya üzrə fəlsəfə doktoru, dosent 69. Qəribə Qasımova, kimya üzrə fəlsəfə doktoru, dosent 70. Təranə Cəfərova, kimya üzrə fəlsəfə doktoru, dosent 71. Əli Qədirov, kimya üzrə fəlsəfə doktoru, dosent 72. Ramazan Qafarlı, filologiya elmləri doktoru 73. Rafiq İsmayılov, filologiya üzrə fəlsəfə doktoru, naşir 74. David Nəsibov, AzTU, dosent 75. Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi, dosent 76. Kəminə Məmmədova, dosent 77. Yeganə Kərimzadə, yazıçı 78. Məmməəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent. 79. Zöhrə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru 80. Nəriman Əbdülrəhmanlı, yazıçı .....

Cəmi 777 imza

Demokrat.az

D
demokrat.az