İqtisadiyyat

Elman Rüstəmov: "İlin sonuna qədər inflyasiya göstəricisi daha da aşağı olacaq"

Elman Rüstəmov: İlin sonuna qədər inflyasiya göstəricisi daha da aşağı olacaq

"Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib".

Demokrat.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

Mərkəzi Bankın sədri qeyd edib:

“2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq”.

D
demokrat.az