Hadisə

"ABŞ iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıram" - Baş nazirin I müavini

ABŞ iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıram - Baş nazirin I müavini

"Mən ABŞ-ın iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıram".

Demokrat.Az xəbər verir ki, bunu Baş nazirin I müavini Yaqub Eyyubov Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sabitlik qarşıdakı illərdə də saxlanılacaq.

"Doing Business" və digər beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi getdikcə yaxşılaşır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu qarşıdakı illərdə Azərbaycanda iqtisadı artım proqnozlaşdırır", - hökumət rəsmisi qeyd edib.

D
demokrat.az