Hadisə

Xaçmazda sürücü piyadaları vuraraq qaçdı — Ölən var

Xaçmazda sürücü piyadaları vuraraq qaçdı — Ölən var

Xaçmazda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Muxtadır qəsəbəsi ərazisində baş verib.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Seyidəliyev Nurməhəmməd Sabir oğlu və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Şahbazov İbrahim Arif oğlunu vurub. Nəticədə S.Nurməhəmməd hadisə yerində ölüb, A.Sahbazov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az