Sərt karantin rejimi günlərində təcili tibbi yardım gücləndirilmiş iş rejimində işləyir.
Demokrat.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bu günlərdə briqadaların sayı artırılıb. Məqsəd çoxsaylı çağırışların vaxtında icra edilməsidir. Karantin günlərində təcili tibbi yardıma müraciətlərin sayı artıb.
Qeyd edək ki, xüsusi karantin müddətində məhdudiyyətlərin tətbiq edildiyi müddətdə "ASAN Xidmət"in 108 "Çağrı" Mərkəzi də təcili tibbi yardımın işinə kömək edir.
ASAN könüllüləri xüsusi ayrılmış avtomobillər vasitəsi ilə "qaynar xətt"ə zəng vuran şəxslərin aidiyyatı tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edirlər.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:


