Göygöl rayonunda yeniyetmə maşınla azyaşlını vurub.
Demokrat.az xəbər verir ki, hadisə iyunun 14-də rayon ərazisində baş verib. Yeniyetmə və sürücülük vəsiqəsi olmayan Burucov Ramil Niyaməddin oğlu qanunsuz idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə rayon sakini, 2017-ci il təvəllüdlü Ruzi İmanovu vurub. Qəza nəticəsində uşaq bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)


