Yeni növ koronavirus (COVİD-19) infeksiyasından sonra pişik və iti ətinin restoran və kafelərdə istifadəsi qadağan olunsa da, qaaçqmalçılar gizlin yolla bu işi davam eydirməkdədir. Qaçaqmalçı dəstə 700 pişiyi restorana yemək hazırlamaq istəyərkən yaxlanıblar.
Demokrat.az DHA-ya istinadən xəbər verir ki, Çinin Şanxay əyalətinin Linfen şəhərində 700 pişik restorana satılarkən saxlanılıb.
Rəsmilərin bildirdiyinə görə, bir sıra infeksion, parazit xəstəliklərin heyvanlardan insanlara keçdiyindən it, pişik və digər bəzi heyvanlaırn ətinin restoran, kafelərdə istifadəsi qadağan olunub. Lakin bu qərardan sonra qaçaq yolla bu işi davam etdirənlər çoxalıb.
Pandemik xəstəliklərlə məşğul olan “Global Virome Projesi” qurumunun açıqladığına görə vəhşi heyvanlar aləmində 1,7 milyondan çox kəşf edilməmiş virus var. Bu virusların yarısı insan həyatı üçün təhlükəli olduğu ehtimal olunur.(Olke.az)


