Kriminal

Rəhim Qazıyevin döyülməsi ilə bağlı cinayət işi başlandı

Rəhim Qazıyevin döyülməsi ilə bağlı cinayət işi başlandı

Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanılıb:

“Bu barədə faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdırmalar davam etdirilir”.

D
demokrat.az