Sosial

Bakıda 24 nəfər metil spirtindən öldü

Bakıda 24 nəfər metil spirtindən öldü

Binəqədi rayon sakini, 1968-ci il təvəllüdlü Fərman Xudaverdiyev aptekdə tibbi adı ilə satılan texniki (metil) spirtdən zəhərlənib.

Demokrat.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Respublika Toksikologiya Mərkəzinə gətirilən həmin şəxsin həyatını həkimlər xilas edə bilməyiblər.

Mərkəzin rəhbəri Azər Maqsudovun saytımıza verdiyi məlumata görə, martın 20-dən bu günə qədər 28 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 19-u ölüb. Ümumilikdə, göstərilən müddətdə Bakıda 24 nəfər metil spirtindən həyatını itirib.

Bundan əvvəl, müvafiq qurumların paytaxt apteklərində reydlər keçirdikləri və metil spirtinin satışdan çıxarıldığı bildirilmişdi.(oxu.az)

D
demokrat.az