Hadisə

Cəmil Həsənli insanları təhqir etdi — Çıxışı sosial şəbəkədə gülüş doğurdu (VİDEO)

Cəmil Həsənli insanları təhqir etdi — Çıxışı sosial şəbəkədə gülüş doğurdu (VİDEO)

Milli Şuranın bu yaxınlarda keçirilən virtual iclasında Cəmil Həsənli və Gültəkin Hacıbəylinin səsləndirdiyifikirlər sosial şəbəkədə gülüşlə qarşılanıb.

Demokrat.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Milli Şuranın toplantısında aparılan müzakirələri "qeybətxana" adlandırıblar.

Sosialşəbəkə istifadəçiləri Milli Şuranın feysbuk səhifəsində yaydığı videonun şərh hissəsində "millət qayğısı çəkənlərin qeybətxana şousu" deyə fikirlərini qeyd ediblər.

Eyni zamanda həmin müzakirələr zamanı çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedənlər müxalifətçilərə “tryapka” deyərək təhqir edib.

C. Həsənli iddia edib ki, hökumət onları dialoqa getməmək üstündə vurur:

“İndi dialoqa gedənlər elə “tryapka”ya çevrilib ki, o “tryapka” ilə heç ayaqqabı da silmək olmaz”.

Həmin görüntüləri təqdim edirik:

Demokrat.az

D
demokrat.az