“Koronavirus pandemiyası ilə mübarizə prosesində Azərbaycan nümunəvi dövlətlər sırasındadır. Bunu dünya belə qəbul edib. Günümüzün qəhrəmanları həkimlər və polislərdir. Ayrı-ayrı epizodlar üzrə polisi hədəf seçmək, ləkələmək, qaralamaq, iftira atmaq mənəviyyata sığan məsələ deyil. Günü sabah bunu həkimlərə də qarşı edə bilərlər”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclidin Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, Azərbaycan polisini qeyri-adekvat davranışda tənqid edənlər ilk növbədə gözlərini açsınlar, Qərb ölkələrindəki polisin insanlarla davranışına baxsınlar:
“Döyürlər, söyürlər, təhqir edirlər, itlərlə, atlarla əzirlər, rezin güllələrlə vururlar... Hətta jurnalistləri də döyürlər, onları yerdə sürüyürlər. Bir anlıq təsəvvür edin ki, analoji addımı Azərbaycan polisi atır. O zaman beynəlxalq mətbu orqanlar, təşkilatlar hansı hay-küy kampnaiyasına başlayarlar. Mənə maraqlıdır, bəzi mətbuat orqanları niyə həmin kadrları verib, ABŞ-dakı vəziyyəti tənqid etmirlər. Niyə Əli Kərimli, Cəmil Həsənli etiraz etmir? Onlar ABŞ-da insan hüquq və azadlıqlarının pozulması ilə bağlı niyə mövqe ifadə etmirlər? Ona görə ki, qorxurlar, çünki maliyyələşirlər. Elə AŞPA-nı götürək, Azərbaycanla bağlı bu qədər qərəzli mövqe ortaya qoyduğu halda niyə ABŞ-dakı hadisələrə münasibət bilmirlər? Utanmırlar?
Prezident İlham Əliyev bu məsələlərlə bağlı prinsipial və qətiyyətli mövqeyini ortaya qoydu. Düşünürəm, müəyyəm siyasi qüvvələr yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan polisini ləkələməyə cəhd edirlər. Azərbaycan hüquqi dövlətdir, əgər hansısa polis əməkdaşı qanunu pozubsa, mütləq cəzalanacaq. Buna şübhəniz olmasın. Amma kütləvi şəkildə polisi qaralamaq, ləkələmək qəbuledilməzdir. Hesab edirəm, deyilənlər müəyyən qüvvələrin əlində oyuncaq olmuş şəxslərin ittihamlarıdır”.


