Sosial

"Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq" — Deputat

Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq — Deputat

"Azərbaycan virusun ən təhlükəli dönəmindən üzüağ çıxmasına baxmayaraq, bu gün çox böyük təhlükə ilə üz-üzədir".

Demokrat.az xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov AzTV-nin "Çıxışa Doğru" verlişində qonaq olarkən deyib.

Deputat hökumətin son 10 gündə yoluxma sayının kəskin artmasına görə məcbur olub sərt karantin rejiminə keçməsini qeyd edib:

"Son günlər yoluxma sayının artması hökuməti sərt tədbirlər görməyə məcbur etdi. Bu hal belə davam edərsə, təkcə şənbə və bazar günləri deyil, digər günlərdə də sərt tədbirlər tətbiq ediləcək".

D
demokrat.az